"Bu, kubokdu və bir oyun olacaq. "Qarabağ" favoritdir, ancaq özümüzün də güclü tərəflərimizi bilirik".

Misli Premyer Liqasının XXXII turunun "Sabah" – "Qarabağ" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm. Bərabər səviyyədə oyun oldu. Bir xala layiq olduğumuzu düşünürəm.

– Bu komanda ilə kubokun finalında üz-üzə gələcəksiniz. Hansı qeydləriniz oldu?
– Bəli. Finalda hər şey ola bilər. Düzdür, "Qarabağ" favoritdir. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan və müəyyən qeydlərin olur.

– Finalda qələbə gəlmək gücündəsiniz?
– Bəli, əlbəttə. Bu, kubokdu və bir oyun olacaq. "Qarabağ" favoritdir, ancaq özümüzün də güclü tərəflərimizi bilirik.

– Avrokuboklara vəsiqə qazana bilməsəniz, gedəcəksiniz, ya qalacaqsınız?
– Heç nə deyə bilmərəm. Bu barədə rəhbərliklə birlikdə qərar verəcəyik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest