Türkiyə Superliqasında XXXIII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
"Trabzonspor" doğma meydanda "Alanyaspor"a qalib gəlib – 4:3. "Qalatasaray" isə səfərdə "Eyüpspor"u 5:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura 28 apreldə yekun vurulacaq.
Türkiyə Superliqası
XXXIII tur
27 aprel
"Konyaspor" – "Adana Demirspor" - 3:1
Qollar: Bazoer, 69, 78, Burak, 90+4 (aq) // Kavrazlı, 45+3
"Trabzonspor" – "Alanyaspor" - 4:3
Qollar: Zubkov, 7, Sikan, 17, 38, Banza, 45+5 // Kordova, 27, Haderyonay, 45 (pen), Şporar, 52
"Kayserispor" – "Rizəspor" - 1:0
Qol: Borabiya, 43
"Eyüpspor" – "Qalatasaray" - 1:5
Qollar: Klaro, 79 // Sallayi, 29, Torreyra, 56, Osimhen, 71, Morata, 87, 90