"Mançester Siti"nin futbolçusu Cek Qriliş yayda komandadan ayrıla bilər.

Matc.az "CaughtOffside"a istinadən xəbər verir ki, ingiltərəli vingeri 4 klub transfer etmək istəyir. Bunlar "Nottingem Forest", "Aston Villa", "Nyukasl" və "Tottenhem"dir.

"Mançester Siti" oyunçusunu satmağı hazırdır. "Şəhərlilər" 29 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Mançester Siti" Cek Qrilişi 2021-ci ilin avqust ayında "Aston Villa"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest