Ciro İmmobile ilə yollarını ayırmağı planlaşdıran "Beşiktaş" heyətinə yeni hücumçu cəlb edəcək.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, Türkiyə klubu "Köln"də çıxış edən Tim Lemperleni transfer etmək istəyir.

İstanbul nəhəngi yayda klubu ilə müqaviləsi başa çatan alman forvardın meneceri ilə danışıqlara başlayıb. "Beşiktaş"In baş məşqçisi Ule Qunnar Sulşer də 23 yaşlı hücumçunun transferinə razılıq verib.

Qeyd edək ki, Tim Lemperle 15 yaşında "Köln"ün akademiyasına qoşulub. Almaniya U-21 millisinin üzvü bu mövsüm 2-ci Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 25 oyunda 10 qol vurub, 4 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest