"Mahir Emreli “Nürnberq”in heyətində daha bir qol vurdu. “Dinamo”nun sabiq hücumçusu “Fortuna” ilə matçda komandasının ikinci qoluna imza atdı"
Xorvatiya mətbuatı "Nürnberq"də çıxış edən Azərbaycan milli komandasının üzvü mahir Emreli haqda yazıb.
Matc.az xəbər verir ki, "index.hr" saytı Zaqreb "Dinamo"sunun sabiq hücumçusunun son matçlarda məhsuldarlıq göstərdiyini qeyd edib:
“Mahir Emreli “Nürnberq”in heyətində daha bir qol vurdu. “Dinamo”nun sabiq hücumçusu “Fortuna” ilə matçda komandasının ikinci qoluna imza atdı. Düsseldorf komandasının hücumundan sonra “Nürnberq” əks-hücuma keçdi və Yander topu Emreliyə ötürdü. O da 35 metrdən topu boş qapıdan keçirərək, komandasının üstünlüyünü artırdı. Bu, onun son üç matçda vurduğu dördüncü qol oldu”.