28 Aprel 2025, 16:04
FUTBOL
"Bavariya"nın müdafiəçisi Kim Min-Ce İngiltərə Premyer Liqasında oynaya bilər.
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Nyukasl" cənubi koreyalı futbolçunu transfer etmək istəyir. "Sağsağanlar" Kimi yayda heyətinə qatmağa çalışacaq.
28 yaşlı mərkəz müdafiəçisi ilə "Nyukasl"dan başqa Avropada bir neçə klub da maraqlanır.
Qeyd edək ki, Kim Min-Ce bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 43 oyunda 3 qol vurub.