28 Aprel 2025, 19:14
FUTBOL
Futbol üzrə Azərbaycan II Liqasında 23-cü tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Lideri "Şahdağ Qusar" səfərdə "Füzuli"yə iki cavabsız qolla qalib gəlib. "Ağdaş" isə doğma meydanda "Şəfa"ya uduzub – 1:2.
II Liqa
23-cü tur
28 aprel
"Füzuli" – "Şahdağ Qusar" - 0:2
Qollar: R.Seyidov, 45, X.Sadıxov, 53
"Ağdaş" – "Şəfa" - 1:2
Qollar: E.Süleymanov, 38 // R.Hacıyev, 41, A.Yunanov, 84