29 Aprel 2025, 10:26
FUTBOL
28 yaşlı forvard xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək. Lakin onun məşqlərə nə vaxt başlayacağı barədə məlumat verilməyib.
"Nürnberq"in hücumçusu Mahir Emreli zədələnib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Azərbaycanlı futbolçu 2-ci Bundesliqanın 31-ci turunun "Fortuna" ilə matçında əlindən zədə alıb. Mahirdə metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.
28 yaşlı forvard xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək. Lakin onun məşqlərə nə vaxt başlayacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"in heyətində meydana çıxdığı son 3 oyunda 4 qol vurub.