"Barselona"nın sabiq baş məşqçisi Xavi və "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Erik ten Haq "Bayer"in baş məşqçisi postuna əsas namizədlərdir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kicker" paylaşıb.

Bildirilir ki, Leverkuzen klubunun hazırkı baş məşqçisi Xabi Alonsonun "Real"a getməsi an məsələsi olduğundan, alman klubu ona əvəzləyici axtarmağa başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest