30 Aprel 2025, 20:50
FUTBOL
"Neftçi" Misli Premyer Liqasnın XXXIII turunda doğma meydanda "Kəpəz"lə üz-üzə gəlcək.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanın bilətləri artıq satışa çıxarılıb.
Qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/events/sport/neftcipfk-kepez-pfk/154147
"Neftçi Arena"nın kassalarında isə biletlər oyun günü saat 13:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, "Neftçi" – "Kəpəz" matçı 4 may, saat 20:00-da start götürəcək.