"Mançester Siti"nin ispaniyalı mərkəz yarımmüdafiəçisi Rodri əsas komanda ilə məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Futbolçunun ötən ilin sentyabrında, Premyer Liqanın 5-ci turunun "Arsenal"la oyununda (2:2) sağ dizinin ön çarpaz bağları yırtılıb və əməliyyat olunmağa məcbur qalıb.

Xatırladaq ki, Rodri "Qızıl top"un hazırkı sahibidir və nəzəri cəhətdən ABŞ-da keçiriləcək klublararası dünya çempionatında komandasına kömək edə biləcək. Onun mayın 17-də keçirilməsi nəzərdə tutulan İngiltərə Kubokunun finalında iştirakı isə hələ ki, sual altındadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest