30 Aprel 2025, 21:18
FUTBOL
"Çelsi"nin iki futbolçusu London klubunun "Yurqorden" ilə qarşılaşacağı UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunu üçün İsveçə getməyib.
Matc.az xəbər verir ki, hücumçu Kristofer Nkunku və qapıçı Robert Sançes komanda ilə səfərə yollanmayıb.
Alman hücumçu məşq zamanı yüngül zədə alıb, ispaniyalı qolkiper isə İngiltərə Premyer Liqasının 34-cü turunun "Everton"la oyununda (1:0) zədələnib. Hər iki futbolçu ehtiyat tədbiri olaraq evdə qalıb.
Qeyd edək ki, "Yurqorden" – "Çelsi" matçı 1 may, saat 23:00-da start götürəcək.