30 Aprel 2025, 21:29
FUTBOL
"Real"ın və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger zədə səbəbindən peşəkar karyerasını bitirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Conficial" paylaşıb.
Futbolçuya erkən mərhələdə osteoartrit diaqnozu qoyulub. Bu xəstəlik oynaqlarda qığırdaq toxumasının məhvinə gətirib çıxarır.
Bildirilir ki, Madrid klubu Rüdigerin səhhətində yaranan problemlərdən xəbər tutsa da, almaniyalının yerinə müdafiəçi transfer etməkdən imtina edib.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayında "Çelsi"dən "Real"a azada agent kimi keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Rüdiger cari mövsümdə 49 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.