"Real"ın müdafiəçiləri son iki matçda zədələnərək uzun müddətə sıradan çıxıb.

Matc.az xəbər verir ki, Alabaya sol dizində medial menisküsün yırtılması, Mendi isə sağ budunda proksimal düz vətər yırtığı diaqnozu qoyulub.

Madrid klubunun mətbuat xidməti futbolçuların uğurlu əməliyyat keçirdiklərini və yaxın vaxtlarda reabilitasiyaya başlayacaqlarını bildirib.

Daha əvvəl Alabanın klublararası dünya çempionatına qədər sağalacağı bildirilmişdi. Mendinin təxminən 2,5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real"ın hazırda əsas heyətindən 6 futbolçusu zədəlidir: müdafiəçilər Daniel Karvaxal, Antonio Rüdiger, Eder Militao, Ferland Mendi və David Alaba, həmçinin yarımmüdafiəçi Eduardo Kamavinqa.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest