"Bavariya" Ronald Arauxo ilə ciddi maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Diario Sport" paylaşıb.

Bildirilir ki, Münhen klubunun məşqçilər korpusu və rəhbərliyi müdafiə xəttini keyfiyyətcə yenidən qurmaq niyyətindədir.

Hər şey Kim Min Cenin gedişindən asılı olacaq. Cənubi Koreyalı futbolçu ilə "Yuventus", "Çelsi" və "Nyukasl" maraqlanır. "Bavariya" onunla ayrılmağa və əldə edilən gəliri yeni müdafiəçi almağa sərf etməyə hazırdır.

Qeyd edək ki, Arauxo bu yaxınlarda "Barselona" ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb. Yeni müqavilədə iyulun 1-dən 15-dək qüvvədə olacaq güzəştli təzminat maddəsi də yer alıb. Mövcud məlumatlara görə, bu, 65 milyon avro təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest