01 May 2025, 15:48
FUTBOL
Madrid "Real"ının və "Vest Hem"in keçmiş baş məşqçisi Xulen Lopeteqi özünə yeni iş yeri tapıb.
Matc.az xəbər verir ki, 58 yaşlı təcrübəli mütəxəssis Qətər millisini çalışdıracaq.
Tərəflər arasında müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Lopeteqidən öncə bu postu digər ispaniyalı mütəxəssis Luis Qarsiya tutub.