01 May 2025, 17:56
FUTBOL
"Roma"nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda komandadan ayrılacaq.
Matc.az "La Reppublica"ya istinadən xəbər verir ki, paytaxt klubu italyan mütəxəssisin yerini doldurmaq üçün indidən axtarışlara başlayıb.
"Roma"nın əsas hədəfi hazırda "Ayaks"da çalışan Françesko Fariolini baş məşqçi postuna gətirməkdir. 36 yaşlı məşqçi ilə ilkin təmaslar qurulub. Lakin Farioli A Seriyası təmsilçisinin təklifini qəbul etməyib. O, gələcəkdə İngiltərə Premyer Liqasında işləmək istədiyini bildirib.