"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi haqda danışıb.

Matc.az xəbər verir ki, ispan mütəxəssis Premyer Liqa klubundan ayrıldıqdan sonra bir müddətlik karyerasına fasilə verəcəyini bildirib:

"Mançester Siti" ilə müqaviləm bitdikdən sonra məşqçiliyə fasilə verəcəyəm. Buna əminəm. Karyeramı bitirib-bitirməyəcəyimi bilmirəm. Amma fasilə verəcəyim dəqiqdir".

Qeyd edək ki, Qvardiola 2016-cı ildə "Mançester Siti"nin baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest