"Başakşehir"in hücumçusu Kristof Pyontek karyerasını Qətərdə davam etdirməyə yaxındır.

Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, polşalı hücumçunun "Əl-SƏdd"ə keçəcəyi gözlənilir.

Artıq klublar arasında anlaşma əldə olunub. Qətər klubu Pyontek üçün "Başakşehir"ə bonuslarla birlikdə 10 milyon avro təzminat ödəyəcək. 29 yaşlı forvard "Əl-SƏd"lə 3 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Kristof Pyontek 2023-cü ilin yayından "Başakşehir"ə çıxış edir. Polşa millisinin üzvü olan təcrübəli futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 30 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest