18 May 2025, 11:47
FUTBOL
"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Maria komandanı tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Onun Lissabon klubu ilə müqaviləsi iyunun 30-da başa çatır. 37 yaşlı argentinalı klublararası dünya çempionatında komandanın tərkibində olmayacaq.
Qeyd edək ki, bu mövsüm Di Maria "Benfika"nın heyətində bütün turnirlərdə 39 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə verib.