Ronaldoya adı açıqlanmayan Braziliya klubundan təklif gəlib.
"Əl-Nəsr"lə müqaviləsi yayda başa çatacaq hücumçu Kriştiano Ronaldoya adı açıqlanmayan Braziliya klubundan təklif gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, portuqaliyalı futbolçuya bazar qiymətlərini aşan şərtlər təklif edilir. Bundan əlavə, üçüncü tərəf investorları sövdələşməyə qoşula bilər. Ronaldonun bu təklifi qəbul etməklə klublararası dünya çempionatında oynamaq imkanı da qazanacağı vurğulanır.
Hazırda "Əl-Nəsr" və 40 yaşlı futbolçu komandada qaldığı müddətdə böyük uğur əldə etmədiyi üçün müqavilə uzadılmasının məqsədəuyğunluğuna şübhə ilə yanaşır.
Qeyd edək ki, klublararası dünya çempionatında Braziliyadan "Palmeyras", "Flamenqo", "Fluminense" və "Botafoqo" klubları iştirak edəcək.