"İki tur bundan qabaq Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır".
"İki tur bundan qabaq Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətindir. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, "Neftçi"nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb. Onu düşünürük".
Matc.az xəbər verir ki, bu sözləri "Səbail"in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 35-ci turunun "Neftçi" ilə oyunundan sonra mətbuat konfransında deyib.
- Artıq Birinci Liqaya fokuslanmısız? Heyəti yığmaq baxımından...
- Bu barədə rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, yenidən "Səbail" iddialı olub, birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik.