Almaniya II Bundesliqasında 34-cü turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Nürnberq" səfərdə "Ayntraxt"la üz-üzə gəlib.

Mahir Emrelinin komandası 4:1 hesabı ilə qələbə qazanıb. Emreli qarşılaşmanın 10-cu, 20-ci və 45+1-ci dəqiqəsində fərqlənərək het-trik edib.

Qeyd edək ki, 34 turdan sonra 48 xal toplayan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest