"Aston Villa" "Barselona"nın futbolçusu Ferran Torresi transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İngiltərə klubu ispan vinger üçün "Barselona" ilə danışıqlara başlayacaq. "Aston Villa" 25 yaşlı oyunçu üçün 50 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Ferran Torres bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 45 oyunda 19 qol və 7 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest