"Fənərbaxça"nın futbolçusu Duşan Tadiç Niderlanda qayıda bilər.

Matc.az xarici mətbuata istinadə xbər verir ki, sabiq klubu "Ayaks" serbiyalı vingeri transfer etmək istəyir.

Amsterdam klubu Tadiçlə danışıqlara başlamağı planlaşdırır. 36 yaşlı oyunçu özü də "Ayaks"a qayıtmağa razıdır.

Qeyd edək ki, DuşanTadiç 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Təcrübəli futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində keçirdiyi 52 oyunda 13 qol vurub, 18 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest