19 May 2025, 16:49
FUTBOL
Baş məşqçi Şahin Zeynalovun çalışdırdığı komanda həlledici oyunda “Qarabağ” - “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq.
U-15 Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.
Matc.az xəbər verir ki, “ASK Arena”nın ehtiyat meydançasında “Sabah” “Neftçi” ilə qarşılaşıb. Oyun bu komandalar arasında keçirilmiş ilk görüş kimi qolsuz bərabərliklə başa çatıb. Əlavə vaxtı da 0:0 nəticələnən qarşılaşmanın penaltilər seriyasında 4:2 hesabıyla qalib gələn “Sabah” finala vəsiqə qazanıb.
Baş məşqçi Şahin Zeynalovun çalışdırdığı komanda həlledici oyunda “Qarabağ” - “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq.