"Monako" "Beşiktaş"dan icarəyə götürdüyü Motasem Əl-Musratin geri qaytarıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa klubu livanlı yarımmüdafiəçi üçün 8+2 milyon avroluq satınalma bəndini işə salmayıb. 29 yaşlı futbolçu "Beşiktaş"a qayıdacaq.

Qeyd edək ki, Əl-Musrat bu ilin fevral ayında "Monako"ya icarəyə verilmişdi. Təcrübəli ftbolçu komandanın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest