Dünya futbolunun ən pristijli fərdi mükafatlarından olan "Qızıl Top"un sahibinə təqdim olunacağı tarix müəyyənləşib.

Matc.az xəbər verir ki, mükafatlandırma mərasimi 22 sentyabr tarixində Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Bu barədə "Qızıl Top"un rəsmi X hesabı məlumat yayıb.

"Qızıl Top"u qazanmağa namizədlər qarşıdakı həftələrdə açqlanacaq. Tədbirdə həmçinin, ilin ən yaxşı qapıçısı və ən yaxşı gənc oyunçusuna da mükafat veriləcək.

Qeyd edək ki, "Qızıl Top"un son qalibi "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest