"Frayburq" hücum xəttinə yeni oyunçu cəlb edib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Trua"dan Sirake İrieni transfer edib.

"Frayburq" burkina-fasolu vinger üçün Fransa klubuna 10 milyon avro təzminat ödəyəcək. 19 yaşlı futbolçu 1 iyul tarixində yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Sirake İrie bu mövsüm "Trua"nın heyətində keçirdiyi 38 oyunda 8 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest