Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Anxel Qomes komandadan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə ingiltərəli yarımmüdafiəçi özü məlumat verib.

Qomes klubla başa çatan müqaviləsinin müddətini uzatmayıb. 24 yaşlı futbolçu yayda azad agent statusunda olacaq.

Qeyd edək ki, Anxel Qomes 2020-ci ildən "Lill"də çıxış edirdi. İngiltərə millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest