19 May 2025, 23:10
FUTBOL
Türkiyə Super Liqasına yüksəlmək üçün pley-offun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Matc.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" öz meydanında "Bandırmaspor"u qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 71-ci dəqiqədə meydana daxil olub.
Bu komandaıar arasında cavab oyunu 23 may tarixində baş tutacaq. "Boluspor" - "Bandırmaspor" cütünün qalibi Super Liqaya vəsiqə uğrunda final matçında "Fatih Karagümrük"lə qarşılaşacaq.