"Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq".

"Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin üzvü Elvin Əlizadə Bakıda təşkil olunan dünya çempionatının A qrupunda Sloveniyaya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Sloveniya ilə oyuna komanda yüksək motivasiya ilə çıxıb: "Düşünürəm ki, bu gün dəstək sayəsində üç xal qazandıq. Hər şeyi yaxşı şəkildə etdik".

O, qrupun sonuncu oyununda üz-üzə gələcəkləri Mavritaniya millisi barədə də danışıb: "Onlar sürətli və cəld komandadır, lakin taktiki olaraq hazır deyillər. Turnirdə medalçılar sırasında olacağımıza inanırıq".

Komanda növbəti oyununu mayın 25-də Mavritaniya seçməsinə qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest