24 May 2025, 11:30
FUTBOL
"Monako" "Barselona"nın hücumçusu Ansu Fatinin transferini tamamlamağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, tərəflər ispaniyalı futbolçunun satın alınması variantı ilə onun icarəyə götürülməsi ilə bağlı danışıqlar aparır. Fatinin özünün də Fransa klubuna keçməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, bu mövsüm Fati bütün yarışlarda 11 oyun keçirsə də, qol vura bilməyib. 22 yaşlı hücumçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.