24 May 2025, 11:52
FUTBOL
"Mançester Yunayted" "Milan"ın qapıçısı Mik Menyanı transfer etmək üzərində işləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkə hesabında jurnalist Nikolo Şira paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar" fransız qolkiperlə bağlı məlumat istəyib.
Xaıtladaq ki, daha əvvəl mətbuatda qapıçılar Andre Onana və Altay Bayındırın bu yay "Mançester Yunayted"i tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Bu mövsüm Menya bütün yarışlarda 52 oyun keçirib və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Qolkiperin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.