24 May 2025, 12:28
FUTBOL
"Napoli" ötən mövsümü 10-cu yerdə başa vurub, növbəti mövsüm çempion olan ilk İtaliya klubudur.
"Napoli" A Seriyasında unikal rekorda imza atıb. Belə ki, "Napoli" ötən mövsümü 10-cu yerdə başa vurub, növbəti mövsüm çempion olan ilk İtaliya klubudur.
Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Ötən gün "Napoli" A Seriyasının 38-ci - sonuncu turunda evdə "Kalyari"ni məğlub edərək (2:0) 4-cü çempionluğuna sevinib.
İtaliya çempionatının 38 matçından sonra Antonio Kontenin komandası ən yaxın izləyicisi "İnter"i 1 xal qabaqlayaraq 82 xala malikdir.
"Napoli" 2023/2024 mövsümünü isə A Seriyasının 38 turundan sonra 53 xal toplayaraq 10-cu yerdə başa vurub. Çempion 94 xalla "İnter" olub.