24 May 2025, 13:30
FUTBOL
Rusiyanın "Rubin" klubunun və Türkiyə millisinin sabiq futbolçusu Hasan Kabze hazırda "Turan Tovuz"un baş məşqçisi olan Kurban Berdıyevlə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu türkmənistanlı mütəxəssislə münasibətlərinin davam etdiyini deyib.
"Berdiyevlə sonuncu dəfə "Rubin"in 50 illik yubileyində danışmışdım. Hərdən onunla danışırıq. O, top-məşqçidir!".
Qeyd edək ki, Kurban Berdıyev 2001/2012 və 2017/2019-cu illərdə "Rubin"in baş məşqçisi olub. Onun rəhbərliyi altında Tatarıstan komandası iki dəfə Rusiya çempionu və ölkə Super Kubokunun qalibi, bir dəfə ölkə kubokunun qalibi olub. Hasan Kabze isə "Rubin"də 2007/2010-cu illərdə çıxış edib.