24 May 2025, 14:25
FUTBOL
"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu 2024/2025 mövsümündə İngiltərə çempionatının 37 matçında iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Salah "Liverpul"la Premyer Liqanın qalibi olub.
Qeyd edək ki, misirli hücumçu 2017-ci ildən "mersisaydlılar"ın heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 400 oyun keçirib, 244 qol vurub və 113 məhsuldar ötürmə edib. Salahın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.