"Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço "qırmızı şeytanlar"ın Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra agentindən ona yeni komanda tapmasını istəyib. Xüsusən də 20 yaşlı futbolçu "Real" keçmək ehtimalını öyrənmək istəyib.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bildirilir ki, Qarnaço Avropa Liqasının finalında meydana 71-ci dəqiqədə daxil olmasından narazı qalıb. Madrid klubunun argentinalı hücumçunun yüksək transfer dəyərinə görə, onun transferində maraqlı olmayacağı vurğulanır. Belə olan halda Qarnaço Madrid "Atletiko"su, "Arsenal", "Liverpul" və "Bavariya"ya təklif olunacaq.
Qeyd edək ki, bu mövsüm Qarnaço bütün turnirlərdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. 20 yaşlı hücumçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.