21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Matc.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. "Sabah"ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz:

1. Rəvan Mirzəmmədov – Sabah
2. Xəyal Fərzullayev – Sumqayıt
3. Həbib Hüşənov - Qəbələ
4. Səlim Həşimov - Zirə
5. Elgün Dünyamalıyev – Sabah
6. Raul Məmmədov - Mingəçevir
7. Nadir Orucov.Sumqayıt
8. Amin Rzayev – Qarabağ
9. İbrahim Ramazanov - Qəbələ
10. Ayxan Süleymanlı – Sumqayıt
11. Emin Rüstəmov - Səbail
12. Sənan Muradlı – Sumqayıt
13. Nuğay Rəşidov - Qəbələ
14. Rüfət Abbasov – Şamaxı
15. Hikmət Cəbrayılzadə - Qarabağ
16. İbrahim Hacı – Qarabağ
17. Dinamin Bağırov - Turan Tovuz
18. Elcan Əbilov – Neftçi
19. Şahin İbrahimov – Sabah
20. Murad Məmmədov – Neftçi
21. Nihad Əhmədzadə - Sumqayıt
22. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)
23. Edqar Adilxanov – Şamaxı
24. Emil Süleymanov - Qəbələ
25. Oruc Məmmədov - Səbail
26. Elcat Məmmədov - Baltika (Rusiya)
27. Sadiq Baqiyev - SKA Xabarovsk (Rusiya)
28. Sadiq Şəfiyev - Kəpəz
29. Nihat Mehrəliyev – Qarabağ
30. Ağadadaş Salyanskiy - Neftçi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest