O, La Liqada debüt mövsümündə 30-dan çox qol vuran ilk madridli futbolçu olub.

"Real"ın hücumçusu Kilian Mbappe La Liqada debüt mövsümündə 30-dan çox qol vuran ilk madridli futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Squawka" paylaşıb.

Fransız futbolçunun dubl etdiyi "Real Sosyedad" üzərində qələbədən (2:0) sonra La Liqada qollarının sayını 31-ə çatıb.

Mbappe ilk mövsümündə vurduğu qollara görə də La Liqa tarixində üçüncü yerə yüksəlib:

34 - Ronaldo (1996/97, "Barselona")
33 - Pruden (1940/41, "Atletiko" Aviasiyası)
31 - Kilian Mbappe (2024/25, "Real" Madrid)
30 – Romario (1993/94, "Barselona")

Qeyd edək ki, ümumilikdə Mbappe bu mövsüm 54 oyunda 42 qol vuraraq 5 məhsuldar ötürmə edib. O, ötən yay "Real"a azad agent kimi PSJ-dən keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest