"Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

Bildirilir ki, 45 yaşlı ispaniyalıya "Əl-Əhli"dən rəsmi təklif gəlib.

Komandaya hazırda Matias Yassli rəhbərlik edir, lakin "Əl-Əhli" mövsüm başa çatdıqdan sonra məşqçini dəyişməyi düşünür. Klub Səudiyyə Ərəbistanı çempionatında 5-ci yerdədir və həmçinin Asiya Çempionlar Liqasının qalibi olub.

Xatırladaq ki, Xavi 2024-cü ilin iyun ayından, baş məşqçi kimi çalışdığı "Barselona"dan ayrıldıqdan sonra işsizdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest