"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Filadelfiya Yunion"la oyunda (3:3) cərimə zərbəsindən baxımlı qola imza atıb. O, cərimə zərbələrindən vurduğu qolların sayına görə "Barselona"nın və "Milan"ın sabiq futbolçusu Ronaldinyonu geridə qoyub.

Matc.az xəbər verir ki, bu, argentinalı futbolçu üçün cərimə zərbəsindən vurduğu 67-ci qol olub.

Messi futbol tarixində ən yaxşı üç cərimə zərbəsi vuran oyunçulardan biridir. Yalnız Braziliya millisinin sabiq hücumçusu Pele (70) və "Lion"un keçmiş yarımmüdafiəçisi Juninyo Pernambukano (77) daha çox qol vurub.

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo isə cərimə zərbələrindən 64 qol vurub.

Qeyd edək ki, Messi cari mövsümdə 11-ci qola imza atıb. O, KONKAKAF Çempionlar Kubokunda 5, MLS-də isə 6 qol vurub. O, həmçinin bütün yarışlarda 3 məhsuldar ötürmə də edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest