"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq "Bayer"i çalışdıracaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, müqavilə bazar ertəsi imzalanacaq və 2 il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, daha əvvəl "Bayer" Xabi Alonsonun cari mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlamışdı. Leverkuzen klubu cari mövsüm Bundesliqanı ikinci pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest