"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Misli Premyer Liqasının 36-cı turunun “Qarabağ”la matçından (0:1) öncə klubun idarə heyətinin sədri Elçin Usub 39 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Kamal Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan",  AZAL, "Zirə", "Səbail"  və "Şamaxı"da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest