İtaliyanın Neapol şəhərində argentinalı əfsanəvi futbolçu Dieqo Armando Maradonanın heykəlinin açılışı olub.

Matc.az xəbər verir ki, şəhərin mərkəzində, Pibe de Oro meydanında açılan heykəlin hündürlüyü 6,2 metrdir. Rəssam Salvador Qaudentinin bu əsəri, sadəcə, heykəl deyil, mənsubiyyətin, coşqunun və kollektiv yaddaşın simvoludur.

Xatırladaq ki, İtaliya A Seriyasında 2024-2025-ci illər mövsümünün qalibi olan neapollular tarixlərində dördüncü titullarını qazanıblar. Maradonanın "həmşəhərliləri" 1986-1987-ci, 1989-1990-cı, 2022-2023-cü və 2024-2025-ci illərdə "Skudetto"nun sahibi olublar. "Napoli" Dieqo Armando Maradona dövründən sonra iki dəfə çempionluq əldə edib.

Maradona 1984-1991 mövsümləri arasında oynadığı "Napoli"nin iki İtaliya A Seriyası, bir İtaliya Kuboku, bir İtaliya Super Kuboku və bir UEFA Kubokunun qazanmasında böyük rol oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest