25 May 2025, 19:38
FUTBOL
"Kəpəz"in baş məşqçisi Azər Bağırov istefa verib.
Matc.az xəbər verir ki, o, Misli Premyer Liqasının XXXVI turunda "Turan Tovuz"a böyükhesablı məğlubiyyətdən (0:4) sonra bunu açıqlayıb.
Bağırov qarşılıqlı razılıq əsasında Gəncə təmsilçisi ilə müqaviləni ləğv edib.
Qeyd edək ki, Gəncə təmsilçisi mövsümü 32 xalla 9-cu sırada başa vurub.