25 May 2025, 19:46
FUTBOL
"Qurnik"in hücumçusu Lukas Podolski Polşa klubu ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qurnik" mənim evimdir. Mən burada anadan oluşam və böyümüşəm. Karyeramı burada bitirəcəm. Mənim üçün çox çətin bir qərar idi, amma nə vaxtsa "bəsdir" deməlisən. Amma indi yox", - Podolski klubun rəsmi saytına açıqlamasında deyib.
Qeyd edək ki, 39 yaşlı futbolçunun yeni müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.