"Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük".

"Turan Tovuz" Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik. 

- "Kəpəz"dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?
- Həmin oyunu komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.

- "Turan Tovuz"un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdırHəmin oyuna baxacaqsız?
- Bəli, Azərbaycanda olacam, oyuna baxacam.

- "Araz-Naxçıvan" və "Turan Tovuz"dan milliyə heç kim dəvət olunmayıbBuna münasibətiniz necədir?
- Bu, millinin baş məşqçisinin qərarıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest