25 May 2025, 21:00
FUTBOL
İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte tezliklə postunu tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
2024/2025 mövsümündə Konte komandaya dördüncü çempionluğunu qazandırıb. Lakin tərəflər əməkdaşlığı erkən dayandırmağa yaxındırlar. Qeyd olunur ki, bu, təkcə məsələnin maliyyə tərəfinə görə baş verməyəcək, başqa mühüm amillər də var. Eyni zamanda, məşqçi ilə rəhbərlik arasında dostluq münasibətləri də qalacaq.
Komandanın yeni baş məşqçisi çox güman ki, əvvəllər "Milan" və "Yuventus"da çalışmış Massimiliano Alleqri olacaq. "Napoli" bu mütəxəssisi ən qısa zamanda dəvət etməyi planlaşdırır.