26 May 2025, 00:42
FUTBOL
"Benfika" və "Sportinq" arasında Portuqaliya Kubokunun final oyunu baş tutub.
Matc.az xəbər verir ki, komandalar "Estadio Nacional" stadionunda üz-üzəə gəliblər.
"Sportinq" 3:1 hesabı ilə qələbə qazanaraq ölkə kubokunun sahibi olub. Matçın ilk qolunu 47-ci dəqiqədə "Benfika"nın türkiyəli yarımmüdafiəçisi Orkun Kökçü vurub. 90+11-ci dəqiqədə "Sportinq"in isveçli hücumçusu Viktor Qyökereş hesabı bərabərləşdirib. 99-cu dəqiqədə yarımmüdafiəçi Konrad Harder "Sportinq"i hesabda irəli çıxarıb. 120-ci dəqiqədə isə Fransisko Trinkao yekun nəticəni müəyyən edən qola imza atıb.
Qeyd edək ki, Lissabonun "Sportinq" klubu 18-ci dəfə Portuqaliya Kubokunun qalibi olub.